Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda abadlıq-quruculuq işləri davam etdirilir-iyul, 2026

24 iyul 2026 | 18:09
 
Qusar rayonunda şəhərin müasir görkəmə salınması və sakinlərin rahatlığının təmin olunması məqsədilə abadlıq-quruculuq işləri kompleks şəkildə və ardıcıl olaraq davam etdirilir. Şəhərin Səfixanov, Fəxrəddin Musayev, Asəf Mehman və digər əsas küçə və prospektlərində genişmiqyaslı təmizlik işləri aparılıb, yolların kənarları kol-kosdan təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Şəhərin ümumi estetik görünüşünün yaxşılaşdırılması məqsədilə binaların, səki divarlarının və ictimai yerlərin fasadları rənglənib. 1 saylı şəhər qəbiristanlığında da təmizlik işləri həyata keçirilib. Ərazidə kol-kos təmizlənib, yollar bərpa olunub, məzarlar arasındakı keçidlər səliqəyə salınıb.
Həyata keçirilən tədbirlər Qusar şəhərinin abadlaşdırılmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və sakinlər üçün müasir, səliqəli, rahat şəhər mühitinin yaradılmasına xidmət edir.
Keçidlər