Qusar rayonunda ağacəkmə aksiyaları davam etdirilir
14 noyabr 2024 | 18:52
Son illərdə ölkəmizdə təbiətin mühafizəsi sahəsində irimiqyaslı işlər görülür. Respublikamızda “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioriteti 2030-cu ilə qədər 5 milli prioritetdən biri hesab olunur. Bu baxımdan ətraf mühitin qorunması, yaşıllıqların bərpası istiqamətində tədbirlər geniş vüsət alıb.
Qusar rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində şəhər ərazisində 500 ədəd Eldar Şamı ağacı əkilib.
Ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək göstərilməsi və təbiətə qayğının təbliği məqsədilə keçirilən bu cür aksiyaların rayonun müxtəlif ərazilərində bundan sonra da mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.