Qusar rayonunda ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və qarşıdan gələn Novruz bayramı ilə əlaqədar 16 mart 2024-cü il tarixində rayonda növbəti ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər. Aksiya çərçivəsində yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə park və meydanlarda, sosial obyektlərin həyətlərində, Qusar-Ləzə, Qusar-Xudat, Qusar-Həzrə, Qusar-İmamqulukənd və digər kəndlərarası yolların kənarlarında 3000 ədəd yerli və 500 ədəd həmişəyaşıl ağac tingləri əkilib, həmçinin yeni salınmış və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.