Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda ağır atletika üzrə fəaliyyət göstərən məşqçi-müəllimlərlə görüş keçirilib

15 avqust 2025 | 18:30
Qusar rayonunda idman sahəsinin inkişafına dair həyata keçirilən tədbirlər çərçivəsində, ağır atletika idman növünün inkişafını nəzərə alaraq, bu sahədə mövcud vəziyyətin təhlili və perspektiv istiqamətlərin müəyyən edilməsi məqsədilə avqustun 15-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonda ağır atletika sahəsi üzrə fəaliyyət göstərən məşqçi-müəllimlərlə görüşüb.
Görüş zamanı rayonda ağır atletika sahəsində mövcud vəziyyət, idmançılar üçün yaradılan şərait, maddi-texniki baza və kadr hazırlığı məsələləri ətrafında geniş müzakirələr aparılıb. İcra başçısı məşqçi-müəllimlərin mövcud problemləri ilə maraqlanıb, onların həlli istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, rayonda ağır atletika idman növünün daha geniş yayılması, təlim-məşq proseslərinin keyfiyyətinin artırılması, gənclərin bu sahəyə cəlb olunması və perspektivli idmançıların hazırlanması üçün təkliflər səsləndirilib.
İcra başçısı sonda qonaqlara peşəkar fəaliyyətlərində uğurlar arzulayaraq, onların gənclərin sağlam inkişafında və rayonun idman nüfuzunun yüksəldilməsində mühüm rol oynadıqlarını qeyd edib. Görüş iştirakçıları isə yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək, bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə inamlarını ifadə ediblər.
Keçidlər