Qusar rayonunda Anım günü qeyd olundu-27.09.2023
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi Qusar rayonunda da qeyd olunub. Tədbir şəhidlər xiyabanının ziyarəti ilə başlamışdır. Anım günündə Qusar rayon İcra Hakimiyyətinin Başçısı cənab Şair Alxasov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Şəhidlərin məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuş, əziz xatirələri bir daha yad olunmuşdur. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirləri zamanaı şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd etmişdir. Saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.