Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda bağçılıq sahəsinin inkişaf perspektivlərinə həsr olunmuş görüş keçirilib

25 dekabr 2025 | 16:10
Dekabrın 25-də Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qusar rayonunda bağçılıq sahəsində mövcud imkanların, çətinliklərin və inkişaf perspektivlərinin öyrənilməsinə həsr olunmuş görüş keçirilib.
Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin, müvəkkil kredit təşkilatlarının, eləcə də bağçılıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi regionda bağçılıq sahəsinin mövcud vəziyyətini təhlil etmək, sahibkarların bu sahədə üzləşdikləri problemləri və ehtiyaclarını birbaşa dinləmək, inkişaf perspektivlərini müəyyənləşdirmək, həmçinin dövlət dəstək mexanizmləri barədə ətraflı məlumat vermək olub. Bununla yanaşı, bağçılıq təsərrüfatlarının səmərəliliyinin artırılması, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi imkanları da müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba-Xaçmaz iqtisadi rayonu üzrə regional koordinatoru Azər Pənahov bağçılıq sahəsinin region üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. O, məhsuldarlığın artırılması, intensiv bağçılığın inkişafı, müasir aqrotexniki üsulların tətbiqi, məhsulların saxlanması və emalı imkanlarının genişləndirilməsi, həmçinin ixrac potensialının artırılması istiqamətində görülməsi planlaşdırılan işlər barədə ətraflı məlumat verib. Dövlət tərəfindən sahibkarlara göstərilən maliyyə və qeyri-maliyyə dəstək mexanizmləri diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, sahibkarların təklif və müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər