Qusar rayonunda bələdiyyələrin hesabat yığıncaqları keçirilib-03.02.2026
04 fevral 2026 | 10:47
Yanvarın 30-da Düztahir və Həzrə, fevralın 3-də Quxuroba və Samur bələdiyyələrinin 2025-ci il üzrə hesabat yığıncaqları keçirilib. Hesabat yığıncaqlarında Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, bələdiyyələrin əhatə etdiyi kəndlərin sakinləri, həmin kəndlərdə fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Yığıncaqlarda Düztahir, Həzrə, Quxuroba və Samur bələdiyyələrinin 2025-ci il ərzində kəndlərdə sosial proqramların həyata keçirilməsi, infrastruktur layihələrinin icrası və digər istiqamətlərdə gördüyü işlər, vergi və ödənişlərin yığımının icra vəziyyəti barədə ətraflı məlumat verilib və əhalinin təklif və müraciətləri əsasında formalaşdırılan 2026-cı il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Sakinlər bildiriblər ki, vergi və rüsumların vaxtında ödənilməsi bələdiyyələrin büdcəsinin formalaşmasına şərait yaradır. Toplanan vəsaitlərin yenidən əhali tərəfindən qaldırılan məsələlərin həllinə yönəldilməsini, işlərin koordinasiyalı şəkildə qurulmasını, yerli özünüidarəetmə orqanlarının əhali qarşısında hesabatlılığını təqdirəlayiq hal kimi qiymətləndirən sakinlər bələdiyyələrin fəaliyyətini qənaətbəxş dəyərləndiriblər.






