Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda bərk məişət tullantılarının daşınması üçün yeni texnika gətirilib

26 mart 2026 | 20:07
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qusar Rayon Kommunal Müəssisələr Kombinatının balansına bərk məişət tullantılarının daşınmasını təmin etmək məqsədilə müasir maşın təqdim olunmuşdur. Sözügedən maşının tutumu 22 kubmetr təşkil edir və dizel yanacağı ilə işləməklə davamlı istismar imkanları ilə seçilir.
Planlaşdırmaya əsasən, maşın əsasən Qusar şəhərinin mərkəzi küçələrində - Heydər Əliyev, Zərifə Əliyeva, Çingiz Qurbanov və Fəxrəddin Musayev küçələri istiqamətində, həmçinin şəhər avtovağzalının ətrafı və Qusarçay çayının sağ sahili boyunca yerləşən ərazilərdə hərəkət edəcək və bu ərazilərdə məişət tullantılarının vaxtında toplanması və daşınması təmin olunacaq.
Qusar rayonunda əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin artırılması məqsədilə görülən işlərə görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkürümüzü bildiririk.
Keçidlər