Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konfrans keçirilib

16 oktyabr 2025 | 19:58
16 oktyabr 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının təşkilatçılığı ilə Qusar şəhər Uşaq İncəsənət Məktəbində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş "Bərpa olunmuş müstəqillik, inkişafın və Zəfərin təməli" adlı konfrans keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov açaraq 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyəti barədə çıxış edib. O, qeyd edib ki, müstəqilliyimizin bərpası xalqımızın ən böyük zəfərlərindən biridir və bu zəfərin möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təməlini təşkil edir. Daha sonra çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva və digər natiqlər müstəqilliyimizin qorunmasında xalqımızın birliyinin, dövlətimizin və Ordumuzun gücünün və Prezident İlham Əliyevin müdrik siyasətinin mühüm rol oynadığını vurğulayıblar.
Tədbir çərçivəsində Qusar şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Reyhan Bağışovaya anadan olmasının 60 illiyi münasibətilə fəxri fərman və qiymətli hədiyyə təqdim olunub. Rəsmi hissənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Konfrans mədəniyyət işçilərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam etdirilib.
Keçidlər