Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda dövlət qulluqçuları üçün təlim keçirilib

06 avqust 2025 | 18:24
 
Avqustun 5-də Qusar rayonunda Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydası” mövzusunda maarifləndirici təlim təşkil edilib. Təlimdə Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatı və tabeliyindəki qurumlarda, digər dövlət orqanlarında inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.
Təlimin keçirilməsində əsas məqsəd dövlət qulluğu sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, onların mövcud qanunvericilik və tətbiq olunan prosedurlar barədə məlumatlandırılması, inzibati vəzifələrin tutulması ilə bağlı yeni yanaşmaların izah edilməsi olmuşdur.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən inzibati vəzifələrin təsnifatı, tutulma qaydaları, vakant vəzifələrə qəbul mexanizmləri, müsabiqə və müsahibə mərhələlərinin təşkili, normativ hüquqi sənədlərin tələbləri barədə geniş təqdimatlar edilmiş, vəzifəyə qəbul zamanı tətbiq edilən qiymətləndirmə meyarları haqqında da ətraflı məlumatlar təqdim olunmuşdur.
Təlim interaktiv formatda təşkil olunmuş, geniş müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır. Tədbir zamanı həmçinin iştirakçıların təcrübəsinə uyğun real situasiyaların təhlili aparılmış və müvafiq hüquqi yanaşmalar izah edilmişdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlərin davam etdirilməsi, Qusar rayonunda avqustun 8-də “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda təlimin keçirilməsi nəzərdə tutulub.
Keçidlər