Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə bayram tədbiri keçirilib

31 dekabr 2025 | 11:00
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə Qusar rayonunun Mərkəzi Meydanında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİH başçısı Aparatının əməkdaşları və digər idarə, müəssisə, təşkilat rəhbərlərinin və əməkdaşlarının, rayon ictimaiyyəti və qonaqların iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Qeyd olunub ki, ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, regionların hərtərəfli inkişafı, əhalinin rifah halının yüksəldilməsi, həmçinin milli maraqların qorunması dövlət başçısının həyata keçirdiyi siyasətin əsas istiqamətlərini təşkil edib.
Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların, xalqımızın bir amal, bir məqsəd ətrafında birləşməsini nümayiş etdirməklə yanaşı, milli birlik və həmrəyliyin ölkəmizin gücünün əsas mənbələrindən biri olduğunu bir daha təsdiqləyir.
Bayram tədbirində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriki səsləndirilib.
Tədbir daha sonra konsert proqramı ilə davam etdirilib. Rayonun mədəniyyət müəssisələrinin və incəsənət kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Səhnədə milli və müasir musiqi nümunələri səsləndirilib, bayram ab-havasını əks etdirən rəqs və musiqi nömrələri tamaşaçılara nümayiş etdirilib. Mərkəzi Meydan bayrama uyğun şəkildə bəzədilib, tədbir iştirakçıları və qonaqlar konsert proqramını yüksək əhval-ruhiyyə ilə izləyiblər.
Keçidlər