Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda əmək yarmarkası təşkil edilmişdir

15 noyabr 2025 | 11:25
Son illərdə yerli əmək bazarında yaranan tələbatın qarşılanması, müxtəlif sahələr üzrə kadr ehtiyacının müəyyənləşdirilməsi və işaxtaranların işə qəbulla bağlı məlumatlara birbaşa çıxışının təmin edilməsi məqsədilə əmək yarmarkalarının təşkili xüsusi əhəmiyyət kəsb edir. Qusar rayonunda da əhalinin məşğulluq imkanlarının genişləndirilməsi və vətəndaşların mövcud iş yerləri barədə məlumatlandırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
14 noyabr 2025-ci il tarixində Qusar Rayon Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Quba–Xaçmaz Regional Məşğulluq Filialı tərəfindən əmək yarmarkası təşkil olunmuşdur. Əmək yarmarkasında müxtəlif müəssisə və təşkilatlar işaxtaranlara mövcud vakansiyalar, kadr tələbləri və işə qəbul qaydaları barədə ətraflı məlumat təqdim etmişlər. Yarmarkada “Shahdag Hotel Company” MMC tərəfindən 49, “Sport Sistem” MMC tərəfindən 9, "Şahdağ Turizm Mərkəzi” QSC tərəfindən 6, digər müəssisə və təşkilatlar tərəfindən isə 72 olmaqla, ümumilikdə 136 boş iş yeri təqdim edilmişdir.
Qusar rayonunda mütəmadi olaraq keçirilən əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.
Keçidlər