Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda fəaliyyət göstərən iri bağçılıq təsərrüfatının rəhbəri “Tərəqqi” medalı ilə təltif olunmuşdur

02 noyabr 2026 | 10:26
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs dövlət təltiflərinə layiq görülmüşdür.
Təltif olunanlar sırasında Qusar rayonunda fəaliyyət göstərən iri bağçılıq təsərrüfatının rəhbəri Qasımov Niyazi Qara oğlu da yer almışdır. O, ölkəmizdə kənd təsərrüfatının inkişafına verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, Niyazi Qasımov 2008-ci ildən Qusar rayonunda aqrar sahədə fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi, xüsusilə almaçılıq üzrə ixtisaslaşan təsərrüfatlarda yüksək keyfiyyətli alma məhsulu yetişdirilir. Niyazi Qasımovun təsisçisi olduğu “SoyuzAqrokontrakt” MMC və “GF Company” şirkətləri tərəfindən rayonda bağçılığın inkişafına, istehsal imkanlarının genişləndirilməsinə və aqrar sahəyə investisiyaların cəlb edilməsinə mühüm töhfələr verilir. Hər iki şirkətin təsərrüfat fəaliyyəti ildən-ilə genişlənərək inkişaf edir.
Qusar Rayon İcra Hakimiyyəti adından Niyazi Qasımovu bu yüksək dövlət təltifi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Keçidlər