Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib-18.03.2026

18 mart 2026 | 16:07
Martın 18-də Qusar rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində, Novruz və Ramazan bayramları ərəfəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunmuşdur. Aksiya çərçivəsində Qusar-Şahdağ, Qusar-Xudat, Qusar-Həzrə, Qusar-Samur və Həzrə-Sudur istiqamətləri üzrə avtomobil yollarının kənarlarında 1000 ədəd həmişəyaşıl, 3360 ədədi müxtəlif yerli ağac növlərindən olan cəmi 4360 ağac tingi əkilmiş, əkilən ağaclar suvarılmış, onlara zəruri aqrotexniki qulluq göstərilmişdir.
Ağacəkmə aksiyasında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri və kollektivləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.
Rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədi daşıyır.
Keçidlər