Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

05 noyabr 2025 | 18:48
2025-ci il - “Konstitusiya və Suverenlik İli” çərçivəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq noyabrın 5-də Qusar rayonunda 8 Noyabr - Zəfər Günü ərəfəsində Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon ağacəkmə aksiyası təşkil edilmişdir.
Aksiya çərçivəsində Qusar şəhəri ərazisində 360 ədəd həmişəyaşıl Eldar şamı, kəndlərarası avtomobil yollarının kənarlarında yerli iqlimə uyğun digər ağac növlərindən olan tinglər olmaqla, ümumilikdə 3500 ağac tingi əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara zəruri aqrotexniki qulluq göstərilmişdir. Aksiyada müəssisə və təşkilatların kollektivlərindən 600 nəfərdən çox şəxs iştirak etmişdir.
Ağacəkmə aksiyası ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədi daşıyır.
Keçidlər