Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda iftar süfrəsi təşkil olunub

13 mart 2025 | 22:16
Mübarək Ramazan ayı ilə əlaqədar olaraq Qusar rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi təşkil olunub.
Qusar rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, din xadimlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhid ailələrinin və qazilərin, Vətən müharibəsi iştirakçılarının, aztəminatlı ailə üzvlərinin iştirak etdiyi iftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbətlər edilib. Bu ayın insanlar arasında birliyin, bərabərliyin, mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.
İftar süfrəsində iştirak edənləri və onların simasında bütün rayon əhalisini müqəddəs ramazan bayramı münasibəti ilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb. Azərbaycanda və Qusar rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini diqqətə çatdırıb.
Ramazan ayı münasibəti ilə bütün müsəlmanları, Ali baş komandan, cənab Prezident başda olmaqla müzəffər ordumuzun əsgər və zabitlərini, şəhid ailələrini və qaziləri təbrik edən rayon İcra Hakimiyyətinin başçısı edilən duaların və niyyətlərin Allah dərgahında qəbul olunmasını arzu etmişdir.
150 nəfərdən çox insanın iştirak etdiyi iftar süfrəsində müqəddəs Qurani Kərimdən ayələr oxunub, dualar edilib.
Keçidlər