Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda infrastrukturun yenilənməsi və abadlıq-quruculuq işləri davam etdirilir

16 iyun 2026 | 15:50
Görülən işlərin əsas məqsədi vətəndaşların yaşayış şəraitini yaxşılaşdırmaq, kommunikasiya və enerji təchizatının keyfiyyətini artırmaq, eyni zamanda şəhərin, o cümlədən kəndlərin estetik görünüşünü səliqəyə salmaqdır. Bu istiqamətdə Qusar rayonunda genişmiqyaslı işlər davam etdirilir.
İnfrastrukturun yenilənməsi çərçivəsində Qusar şəhərinin Zərifə Əliyeva, Fəxrəddin Musayev və Mir Cəlal Paşayev küçələrində uzun illər istismarda olan köhnə elektrik naqilləri sökülərək müasir standartlara cavab verən SİP kabellərlə əvəz olunmuşdur. Aparılan yenidənqurma işləri nəticəsində elektrik enerjisinin ötürülməsində itkilər azalıb, gərginlik stabilləşib, abonentlərin elektrik təchizatı daha etibarlı olub.
İnfrastruktur işləri ilə paralel olaraq həmin küçələrdə abadlıq-quruculuq tədbirləri həyata keçirilib. Küçələrdə yerləşən hasarlar yüksək keyfiyyətli boya ilə rənglənib. Şəhərin digər küçə və məhəllələrində də oxşar işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulur. Şəhər infrastrukturunun yenilənməsi davam etdirilir.
Bundan əlavə olaraq Qusar rayonunun ərazisində uzun illər istismarda olan köhnə ağac dirəkləri üzərindən çəkilmiş sallanan və həddindən artıq yüklənmiş telefon mis kabellər bir sıra problemlər yaradırdı. Eyni zamanda, küçələr boyu nizamsız şəkildə sallanan kabellər şəhərin ümumi görünüşünə xələl gətirirdi. Problemin həlli üçün “Onlayn Azərbaycan” layihəsi çərçivəsində rayon ərazisində yeni nəsil rabitə şəbəkəsinin qurulması işlərinə başlanılıb. Layihə çərçivəsində köhnə ağac dirəklər müasir dəmir dirəklərlə əvəz edilib, onların üzərindən fiber-optik GPON xətləri çəkilib. Köhnəlmiş mis kabellər və dirəklər isə tamamilə demontaj edilib.
Görülən kompleks tədbirlər nəticəsində Qusar şəhəri gündən-günə daha müasir, abad və estetik görkəm alır. Şəhər infrastrukturunun yenilənməsi və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlər ardıcıl şəkildə davam etdiriləcək.
Keçidlər