Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda iri heyvandarlıq təsərrüfatlarının rəhbərləri ilə görüş keçirilib

15 oktyabr 2026 | 17:47
Oktyabrın 14-də Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində rayon ərazisində fəaliyyət göstərən iri heyvandarlıq təsərrüfatlarının rəhbərləri ilə görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd kənd təsərrüfatının prioritet istiqamətlərindən olan heyvandarlıq sahəsinin inkişafı, dövlət dəstək mexanizmlərinin tətbiqi, qarşıda duran vəzifələr və yeni tələblərlə bağlı təsərrüfat rəhbərlərinin məlumatlandırılması olub.
Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində nəzərdə tutulan tədbirlər, Qusar rayonu üzrə hazırlanmış iş planında heyvandarlıq sahəsinin inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflər, eləcə də Aqrar Subsidiya Şurasının qərarında nəzərdə tutulan dəyişikliklər və yeni tələblər ətrafında müzakirələr aparılıb. Xüsusilə qeyd olunub ki, heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, məhsuldarlığın artırılması, istehsal potensialından səmərəli istifadə olunması dövlət proqramının qarşıya qoyduğu əsas vəzifələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müzakirələr zamanı təsərrüfat rəhbərlərinin fikir və təklifləri, onları narahat edən məsələlər, mövcud çətinliklər və problemlər dinlənilib. Qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılaraq, müvafiq tədbirlərin görüləcəyi və fermerlərə zəruri dəstəyin göstəriləcəyi diqqətə çatdırılıb. Dövlət proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsində fermerlərin fəal iştirakının, aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsinin və qarşıya qoyulan vəzifələrin əlaqəli şəkildə icrasının vacibliyi vurğulanıb.
Keçidlər