Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda kənd təsərrüfatının siyahıyaalınması prosesi yekunlaşıb

20 avqust 2025 | 17:50
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatının xüsusi yeri vardır. Aqrar sahədə baş verən dəyişikliklərin obyektiv qiymətləndirilməsi, mövcud potensialın dəqiq müəyyənləşdirilməsi və gələcək inkişaf istiqamətlərinin düzgün planlaşdırılması məqsədilə 2025-ci il 15 iyul – 15 avqust tarixlərini əhatə edən dövrdə ölkə üzrə kənd təsərrüfatının siyahıyaalınması həyata keçirilmişdir.
Kənd təsərrüfatı istehsalı ilə məşğul olan bütün təsərrüfat subyektlərinin, o cümlədən hüquqi şəxslərin, fərdi sahibkarların, ailə kəndli və ev təsərrüfatlarının əhatə olunaraq, torpaqlardan istifadənin vəziyyəti, məhsuldarlıq göstəriciləri, suvarma imkanları, gübrə və pestisidlərin tətbiqi, toxumçuluğun mənbələri, heyvandarlıq və quşçuluğun inkişaf səviyyəsi, istifadə olunan texnika və işçi qüvvəsi barədə aktual məlumatların əldə edilməsi məqsədilə keçirilən siyahıyaalınma prosesində toplanılan məlumatlar aqrar sahədə baş verən proseslərin qiymətləndirilməsinə, son siyahıyaalmadan ötən dövrdə baş vermiş struktur dəyişikliklərin təhlilinə, bu sahədə dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılmasına və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün statistik məlumat istifadəçilərinin keyfiyyətli məlumatlarla təmin edilməsinə imkan yaradacaq.
Azərbaycanın bütün bölgələrində aparıldığı kimi, Qusar rayonunda da kənd təsərrüfatının siyahıyaalınması yüksək təşkilatçılıqla həyata keçirilmişdir. Rayon üzrə ümumilikdə 25088 torpağı və heyvanları olan ev təsərrüfatı, eləcə də 38 kənd təsərrüfatı müəssisəsi siyahıya alınmışdır. Prosesin icrası üçün 208 sayıcı fəaliyyət göstərmiş, onların işinə nəzarəti təmin etmək məqsədilə hər 10 sayıcıya 1 təlimatçı-nəzarətçi təhkim olunmuşdur. Məlumatların toplanması ilk dəfə müasir texnologiyaların tətbiqi ilə – planşet tipli kompüterlərdən və elektron informasiya sistemlərindən istifadə edilməklə həyata keçirilmiş, bu isə məlumatların həm dəqiqliyini, həm də operativliyini təmin etmişdir.
Keçidlər