Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər keçirilib

28 iyul 2025 | 09:33
Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Qusar Rayon Mədəniyyət Mərkəzi və Qusar Rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir sıra mədəni və maarifləndirici tədbirlər baş tutub.
Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, bir sıra kənd klub filiallarının fəal iştirakı ilə reallaşan “Əbədi yaşa, suveren Azərbaycan!” adlı mədəni-kütləvi tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, müəllim və şagirdlər, kənd ictimaiyyəti iştirak ediblər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qonaqlar milli mətbəx nümunələri, qədim məişət əşyaları və dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Bədii hissədə tanınmış və gənc ifaçıların təqdimatında rəngarəng musiqi nömrələri səsləndirilib.
Tədbirlər silsiləsinin davamı olaraq “Konstitusiya – Suverenliyin təməlidir” adlı növbəti maarifləndirici görüş Qusar Rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı, İmamqulukənd kənd kitabxana filialının təşəbbüsü və bir sıra kənd kitabxanalarının iştirakı ilə baş tutub.
Çıxış edən natiqlər – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Qusar Rayon Mərkəzi Kitabxanasının direktor əvəzi Gültəkin Pənahova, Qusar Rayon İcra Hakimiyyəti başçısının İmamqulukənd kənd Ərazi Dairəsi üzrə nümayəndəsi Ənvər Balabəyov və digər qonaqlar nitqlərində ölkəmizin Konstitusiyasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasında əsas hüquqi baza olduğunu vurğulayıblar. Onlar həmçinin milli dəyərlərin yaşadılması, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və gənc nəslin maariflənməsində mütaliə mədəniyyətinin təşviqinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Tədbir bədii hissə ilə davam etdirilib
Keçidlər