Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda marşrut xətlərinin fəaliyyətinin təkmilləşdirilməsi və sərnişindaşıma xidmətlərinin genişləndirilməsi məqsədilə görüş keçirilib

09 oktyabr 2026 | 18:07
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayon ərazisində sərnişindaşıma fəaliyyəti göstərən marşrut xətti sahibləri və bu sahəyə nəzarət edən aidiyyəti qurumların əməkdaşları ilə görüşüb. Görüşdə mövcud marşrut xəttlərinin fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin nəqliyyat xidmətlərinə əlçatanlığının təmin edilməsi, şəhər və kənd yaşayış məntəqələrində tələbat olan istiqamətlər üzrə yeni marşrut xəttlərinin təşkili, avtobusların hərəkət intensivliyinin artırılması və hərəkət qrafiklərinin sərnişin tələbatına uyğunlaşdırılması, zəruri yerlərdə dayanacaqların quraşdırılması məsələləri müzakirə edilib. Qeyd olunan məsələlərin icrasının sakinlərin rahatlığı və ictimai nəqliyyat xidmətlərindən daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıdığını bildirən icra başçısı bu istiqamətdə müvafiq tapşırıq və tövsiyələrini verib, marşrut xətti sahiblərinə zəruri dəstəyin göstəriləcəyini bildirib. Həmçinin görüş iştirakçılarının təklifləri dinlənilib, onların qarşılaşdıqları problemlərin mövcud imkanlar çərçivəsində həlli yolları müzakirə edilib.
Keçidlər