Qusar rayonunda məişət tullantılarının idarə olunması mexanizmi təkmilləşdirilir
07 aprel 2026 | 17:41
Qusar rayonunda ətraf mühitin mühafizəsi, sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, rayon ərazisində təmizlik işlərinin sistemli təşkili, məişət tullantılarının vaxtında daşınması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə aparılan işlər yalnız şəhər mərkəzini deyil, ətraf əraziləri, kəndləri də əhatə etməklə kompleks xarakter daşıyır.
Bu istiqamətdə işlərin davamı olaraq, sanitar-gigiyenik vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Kommunal Müəssisələr Kombinatı tərəfindən rayonun yaxın kəndlərini də əhatə edən yeni xidmət mexanizmi tədbiq ediləcək. Belə ki, bundan sonra rayonun Balaqusar, Həsənqala, Çiləgir, Aşağı Ləgər, Bədirqala, Köhnə Xudat Qazmalar, Köhnə Xudat kəndlərində bərk məişət tullantılarının həftədə bir dəfə yığılıb daşınması təmin olunacaqdır.






