Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda mərmər bağaçığına qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı müşavirə keçirilib

29 avqust 2025 | 21:06
 
Avqustun 29-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya mərkəzinin rəhbərliyi, Qusar Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri və yerli fermerlərin iştirakı ilə mərmər bağaçığına qarşı mübarizənin gücləndirilməsi məqsədilə müşavirə keçirilib.
Tədbirin əsas mövzusu mərmər bağaçığı zərərvericisinin yayılmasının qarşısının alınması, bağlarda zərərvericilərə qarşı mübarizə tədbirlərinin təşkili və fermerlərin maarifləndirilməsi olub. Bitki mühafizəsi üzrə mütəxəssislər mərmər bağaçığının təsir etdiyi ərazilərdə müvafiq zərərsizləşdirmə və fumiqasiya işlərinin aparılmasının vacibliyini vurğulayıblar.
Mütəxəssislər və yerli sakinlər qarşılaşdıqları problemləri qeyd edərək, tədbirlərin davamlı şəkildə həyata keçirilməsinin zəruriliyini qeyd edib, fermerlərə dəstək və maarifləndirmə işlərinin artırılmasının vacib olduğunu bildiriblər. Həmçinin, yeni metodların tətbiqi və rayonda bitki mühafizəsi sahəsində görülən işlərin effektivliyinin artırılması üçün təkliflər müzakirə olunub.
Keçidlər