Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Müstəqillik Günü münasibətilə genişmiqyaslı tədbirlər keçirilib

30 may 2025 | 18:26
Azərbaycan xalqının şanlı dövlətçilik tarixində mühüm mərhələ olan 28 May-Müstəqillik Günü münasibətilə Qusar rayonunda fəaliyyət göstərən mədəniyyət və təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunmuş, milli dövlətçilik ənənələrinin təbliği məqsədilə keçirilən tədbirlərdə Şərqdə ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində həyata keçirdiyi mühüm islahatlar, milli ordu quruculuğu, hüquqi dövlətin əsaslarının formalaşdırılması istiqamətində görülmüş işlər, bu tarixi irsin müasir Azərbaycanın inkişafına verdiyi töhfələr haqqında əhatəli çıxışlar edilmişdir. Mədəniyyət müəssisələrində yerli folklor kollektivlərinin ifasında bədii-musiqili proqramlar təqdim olunmuşdur.
Rayonun ümumtəhsil müəssisələrində 28 May Müstəqillik Günü münasibətilə keçirilən maarifləndirici tədbirlər çərçivəsində açıq dərslər, şeir və inşa müsabiqələri keçirilmiş, şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir. Şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi əsasları, dövlətçilik sahəsində gördüyü işlər, demokratik idarəetmə prinsipləri ilə bağlı ətraflı məlumat verilmişdir.
Keçidlər