Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda növbəti əmək yarmarkası keçirilib-2026

26 may 2026 | 14:24
Mayın 25-də Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qusarda əmək yarmarkası keçirilib.
Qusar Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan yarmarkada işaxtaranlara 59 vakant iş yeri təqdim olunub. İşəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların birbaşa görüşünü təmin etməklə onların əmək bazarına çıxışını asanlaşdırmaq məqsədilə keçirilən əmək yarmarkasında 8 müəssisə tərəfindən kredit mütəxəssisi, satış meneceri, kassir, mühasib, anbardar, qeydiyyatçı və digər peşələr üzrə 60-dan çox vakansiya təqdim edilib.
Vakansiyalara dair tələblər təhlil olunaraq, işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 400-dən çox vətəndaş dinlənilib, 116 vətəndaşın müraciəti qeydə alınıb.
Keçidlər