Qusar rayonunda növbəti əmək yarmarkası keçirilib - 22.10.2026
24 oktyabr 2026 | 11:58
Oktyabrın 22-də əhalinin məşğulluğunun təşkilinə, işaxtaran və işsiz şəxslərin mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etmələrinə, işəgötürənlərə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi, eyni zamanda Qusar Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Qusar rayonu üzrə 2026-cı il üçün Ərazi məşğulluq proqramı"nın icrasının təmin edilməsi məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı və “Şahdağ Turizm Mərkəzi” QSC-nin birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil edilib.
Qusar Rayon Heydər Əliyev Mərkəzində işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların birbaşa görüşünü təmin etməklə onların əmək bazarına çıxışını asanlaşdırmaq məqsədilə keçirilən əmək yarmarkasında müəssisə tərəfindən 159 vakansiya təqdim edilib. Əmək yarmarkasında 210 nəfər iştirak edib.






