Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda növbəti əmək yarmarkası keçirilib

06 dekabr 2024 | 09:07
Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə dekabrın 5-də Qusar şəhərində növbəti əmək yarmarkası təşkil edilib.
Rayon Heydər Əliyev Mərkəzində 70-dən çox vətəndaşın iştirakı ilə baş tutan yarmarkada “Pioneer” şirkətlər qrupu tərəfindən 22 vakansiya təqdim olunub.
Əmək yarmarkasında iştirakçılara özünüməşğulluq proqramı, peşə hazırlığı, mövcud peşələr və vakansiyalar barəsində məlumat verilib. İştirakçılar təklif olunan iş yerləri ilə tanış olublar, 27 nəfər işsiz və işaxtaran şəxsdən CV-lər qəbul edilib.
Qeyd edək ki, əmək yarmarkaları işəgötürənlər tərəfindən kadr seçiminə imkanın yaradılması, işaxtaran və işsiz şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.
Qusar rayonunda mütəmadi olaraq keçirilən əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.
Keçidlər