Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda növbəti maarifləndirici tədbirlər keçirilmişdir

29 oktyabr 2025 | 18:47
Azərbaycan Respublikasında həyata keçirilən islahatların əsas prioritet istiqamətlərindən biri, vətəndaş cəmiyyətinin institusional əsaslarının möhkəmləndirilməsi, ictimai şüurun sağlam mənəvi dəyərlər üzərində formalaşdırılması və gənc nəslin sosial-mənəvi təhlükələrdən qorunması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsidir.
2025-ci il -“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı, Qusar Rayon Prokurorluğunun, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsinin də iştirakı ilə Qusar rayonunda maarifləndirici tədbirlər keçirilmişdir.
Oktyabrın 28-də Qusar Peşə Liseyində “Sağlam gələcək naminə narkomaniyaya yox deyək”, oktyabrın 29-da isə Hil kənd 1 saylı tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Erkən nikahın fəsadları”, “Məişət zorakılığı ilə mübarizənin yolları” və “Dini radikalizmin cəmiyyətə mənfi təsirləri” mövzularında tədbirlər baş tutmuşdur.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Vasif Quliyev, eləcə də Qusar Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Prokurorluğunun əməkdaşları qeyd olunan mövzular ətrafında geniş çıxışlar etmişlər. Çıxışlarda vurğulanmışdır ki, müasir cəmiyyətin sosial sabitliyini və mənəvi dayaqlarını sarsıdan ən təhlükəli amillərdən biri narkomaniyadır. Narkomaniyaya qarşı mübarizə yalnız inzibati-hüquqi tədbirlər çərçivəsində deyil, həm də maarifləndirici, psixoloji və ictimai səviyyədə, kompleks şəkildə aparılmalıdır. Bu baxımdan təhsil müəssisələrində şagirdlərlə keçirilən görüşlər, gənclərlə aparılan açıq dialoqlar və ailə institutunun möhkəmləndirilməsi istiqamətində görülən işlər mühüm rol oynayır.
Erkən nikahların fəsadları və məişət zorakılığının mənfi təsirləri barədə məlumat verən çıxışçılar qeyd ediblər ki, bu halların kökündə çox zaman sosial-mədəni stereotiplər, iqtisadi asılılıq və təhsil səviyyəsinin aşağı olması kimi səbəblər dayanır. Erkən nikahlar, xüsusilə qızların təhsil imkanlarını məhdudlaşdırmaqla onların cəmiyyətə inteqrasiyasını çətinləşdirir, ailə institutunun sağlam inkişafına mane olur və sosial bərabərsizliyin dərinləşməsinə gətirib çıxarır. Məişət zorakılığı isə fərdi psixoloji travmalardan əlavə, cəmiyyətin mənəvi dəyərlərinə və ailədaxili etimad mühitinə ciddi zərbə vurur.
Tədbirlərin yekununda şagirdlərin mövzularla bağlı sualları cavablandırılmış, onlara maarifləndirici bukletlər təqdim olunmuşdur.
Keçidlər