Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda növbəti səyyar tibbi aksiya keçirilmişdir

13 noyabr 2025 | 18:01
Qusar rayonunun ucqar kəndlərində yaşayan qadınların sağlamlığının qorunması və onların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının artırılması məqsədilə növbəti səyyar tibbi aksiya rayonun Hil kəndində təşkil olunmuşdur.
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Qusar Rayon Mərkəzi Xəstəxanası və “Oki Hospital”ın birgə təşkilatçılığı ilə həyata keçirilən aksiya çərçivəsində 150-dən çox qadın müxtəlif ixtisaslı həkim-mütəxəssislər tərəfindən müayinə olunub.
Tibbi aksiya zamanı ginekoloq, onkoloq-mammoloq və kardioloq tərəfindən qadınlara süd vəzilərinin ultrasəs müayinəsi, kolposkopiya, elektrokardioqramma və qanın ümumi analizləri daxil olmaqla 750-yə yaxın tibbi xidmət göstərilib. Müayinələr nəticəsində əlavə müalicə və ya ixtisaslı tibbi müdaxiləyə ehtiyacı olan vətəndaşların müvafiq tibb müəssisələrinə yönləndirilməsi təmin olunub.
Aksiyanın əsas məqsədi qadınlarda bir sıra xəstəliklərin erkən mərhələdə aşkarlanması, onların sağlamlığının qorunması, tibbi maarifləndirmənin artırılması və xüsusilə aztəminatlı şəxslərin profilaktik müayinələrə cəlb edilməsidir.
Bu kimi səyyar tibbi aksiyaların rayonun digər kəndlərində də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər