Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda növbəti səyyar vətəndaş qəbulu keçirilib-14 oktyabr 2025-ci il

15 oktyabr 2025 | 09:16
Vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması və yerlərdə mövcud problemlərin həlli məqsədilə oktyabrın 14-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun rayonun Həzrə kəndində vətəndaşların səyyar qəbulu baş tutub.
Səyyar qəbulda RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Sakinlər kənddə mövcud məktəb binası və tibb məntəqəsinin təmiri, içməli su təminatının yaxşılaşdırılması məqsədilə artezian quyusunun qazılması, kənd yollarında müvafiq yol nişanlarının quraşdırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
İcra başçısı hər bir müraciəti diqqətlə dinləyərək, sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını verib.
Keçidlər