Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

03.06.2025-ci il tarixində RİH başçısının növbəti səyyar qəbulu Ləgərqışlaq və Urvaoba kəndlərində keçirilib

04 iyun 2025 | 17:00
Vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması və yerlərdə mövcud problemlərin həlli məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun rayonun Ləgərqışlaq və Urvaoba kəndlərində növbəti səyyar qəbul-görüşləri baş tutub.
Səyyar qəbullarda RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Ləgərqışlaq kəndində səyyar qəbul zamanı sakinlər kəndin elektrik təchizatının yenidən qurulması istiqamətində işlərin tamamlanması, kənddaxili yolların təmiri, kənd tibb məntəqəsinin əsaslı təmiri, fərdi məşğulluq üçün avadanlıqla təminat, Ləgərqışlaq kənd ümumi orta məktəbin elektrik enerjisi ilə təminatı üçün mövcud transformatorun şəbəkəyə qoşulması ilə bağlı müraciətlərini ediblər.
Rayonun Urvaoba kəndində səyyar qəbul zamanı vətəndaşlar tərəfindən istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, kənddə sakinlərin isifadəsində olan əsas yolun genişləndirilməsi ilə bağlı müraciətlər səsləndirilib. Qeyd edilib ki, kənddə tibb məntəqəsinin, məktəbin, idman zalının olmaması yerli sakinlərin əsas sosial ehtiyaclarının qarşılanmasında çətinliklər yaradır, bu istiqamətdə müvafiq infrastrukturun yaradılmasına zərurət duyulur. Məktəblilərin qonşu kənddə yerləşən məktəbə gedən yolun bəzi pay torpaq sahibləri tərəfindən zəbt edilməsi uşaqlar üçün xüsusilə yağıntılı günlərdə çətinliklər yaradır.
İcra başçısı hər bir müraciəti diqqətlə dinləyərək, qaldırılan məsələlərin mümkün həlli yolları ilə bağlı müvafiq tapşırıqlar verib və qaldırılan məsələlərin nəzarətə götürüləcəyini bildirib.
Rayon rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi olaraq keçirilən görüşləri vətəndaşlarla açıq dialoqun, birbaşa ünsiyyətin mühüm vasitəsi kimi dəyərləndirən sakinlər, bu formatda görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edib, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər