Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda payızlıq şum və taxıl səpini mövsümü başa çatmaq üzrədir

26 noyabr 2025 | 17:46
Hazırda Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) nümayəndələri tərəfindən kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı yerlərdə monitorinqlər aparılır, fermerlərlə görüşlər keçirilir və onlara müvafiq tövsiyələr verilir. Növbəti belə görüşlər rayonun Gündüzqala, İmamqulukənd və Yuxarı Zeyxur kəndlərində təşkil olunmuşdur. Mərkəzin mütəxəssisləri tərəfindən fermerlərə agrotexniki tədbirlərin düzgün və vaxtında həyata keçirilməsi ilə bağlı tövsiyələr verilmiş, məhsuldarlığın artırılmasına xidmət edən maarifləndirmə söhbətləri aparılmışdır.
Gələn il üçün rayonda planlaşdırılmış 17800 hektar əkin sahəsinin 17660 hektarında şum işləri, 16520 hektarında isə səpin prosesi artıq uğurla yekunlaşdırılıb. Ümumi əkin sahələrinin 7900 hektarını buğda, 8620 hektarını isə arpa sahələri təşkil edir. Rayonda səpin işlərinin dekabr ayının 10-na kimi tam yekunlaşdırılması planlaşdırılır.
Keçidlər