Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Qadın Resurs Mərkəzinin üzvləri və benefisiarlarla görüş.

26 aprel 2022 | 15:11

2022-ci il aprel ayının  26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyrə, İsveçrə Əməkdaşlıq ofisinin regional direktorunun  müavini Alberto Hernandez və BMT-nin inkişaf Proqramının rezident nümayəndəsinin müavini Çaru Bista Qusara səfər ediblər. Səfərin əsas məqsədi Qusarda fəaliyyət göstərən  Qadın Resurs Mərkəzinin  üzvləri ilə görüşmək və son illərdə qusarlı qadınlar tərəfindən qurulan kiçik biznes layihələri ilə  tanışlıqdan ibarət olub. İlk öncə qonaqlar Qusar rayon İcra Hakimiyyətinin  başçısının müavini Elman Mustafayevlə görüşüb, uğurlu əməkdaşlığın nəticələrini və gələcək planları müzakirə ediblər. Daha sonra Qusar rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qadın Resurs Mərkəzinin aktiv üzvləri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, 2018-ci ilin dekabr ayından  başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində  BMT-nin İnkişaf Proqramı və  İcveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə Qusar rayonunda "Cənubu Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması "layihəsi həyata keçirilir.  Layihənin ikinci  mərhələsi 2022-ci ilin yanvar ayında başlayıb. Bu mərhələdə layihə çərçivəsində 4 rayonda 130 qadına biznes qurmaqda dəstək veriləcək və 350 qadın məşğulluq imkanlarından yararlanacaq.
Görüş zamanı mərkəzdə həyata keçirilən layihə çərçivəsində təşkil olunan təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim edilib. Qonaqlar 20-dən çox layihə iştirakçısının öz əl işlərini və məhsullarını təqdim etdiyi  sərgiyə baxış keçirib, rayonun Xuray və Çiləgir kəndlərində kiçik biznesini quran yerli qadın sahibkarları fəaliyyəti ilə də tanış olublar.

Keçidlər