Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda şagirdlərlə Vətən müharibəsi qazilərinin növbəti görüşü baş tutub

21 may 2026 | 19:07
Qusar Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin təşkilatçılığı ilə Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü keçirilib.
Görüşdə çıxış edən qazilər 44 günlük Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan bəhs edərək, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə qazanılan parlaq Zəfərin xalqımızın birliyi, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun yüksək döyüş ruhunun nəticəsində əldə olunduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir, onların rifah halının yaxşılaşdırılması, problemlərinin həlli və cəmiyyət həyatında fəal iştirakının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.
Vətən müharibəsi iştirakçıları gənclərə müraciət edərək onları dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq olmağa çağırıb, hər bir gəncin öz biliyi, savadı, peşəkar fəaliyyəti ilə ölkəmizin inkişafına töhfə verməsinin vacibliyini qeyd ediblər.
Şagirdlər qazilərlə açıq dialoq şəraitində ünsiyyət quraraq onları maraqlandıran suallara cavab alıb, onların döyüş xatirələrini böyük maraqla dinləyiblər.
Tədbir çərçivəsində məktəbin hərbi rəhbəri Əlisultanov Məmmədtağı Bəşirağa oğlu şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilib. Sonda xatirə şəkli çəkilib, belə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.
Keçidlər