Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda sahibkarlar tərəfindən kənd yollarının abadlaşdırılması sahəsində mühüm təşəbbüslər həyata keçirilib

08 avqust 2025 | 22:11
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, xüsusilə də kənd yaşayış məntəqələrinin infrastruktur təminatının gücləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətin mühüm tərkib hissələrindən biri də vətəndaş cəmiyyətinin və biznes subyektlərinin ictimai rifah işlərinə daha geniş miqyasda cəlb olunmasıdır.
Son dövrlərdə Qusar rayonunda fəaliyyət göstərən bir sıra sahibkarların təşəbbüsü və maliyyə dəstəyi ilə kəndlərdə sosial infrastrukturun inkişafına yönəlmiş müxtəlif layihələr icra edilir. Bu təşəbbüslər çərçivəsində Hil, Köhnə Xudat, Langi kəndlərində kənddaxili yollar asfaltlanıb və əhalinin istifadəsinə verilib.
Həyata keçirilən təmir işləri nəticəsində Langi kəndində 800 m, Köhnə Xudat kəndində 150 m, Hil kəndində 570 m uzunluğunda yollar asfaltlanıb. Yollar üzərində zəruri yerlərdə çınqıllama, əsaslı bərkitmə işləri və səth sularının axıdılması üçün texniki tədbirlər görülüb. Hil və Köhnə Xudat kəndlərində yol örtüyünün yenilənməsi, həm də təhsil müəssisələrinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Sahibkarların bu təşəbbüsü yalnız bir sosial məsuliyyət nümunəsi deyil, eyni zamanda regionun inkişafında özəl sektorun iştirakının bariz göstəricisidir. Rayon rəhbərliyi tərəfindən bu kimi təşəbbüslər yüksək qiymətləndirilir və gələcəkdə də sahibkarlarla birgə əməkdaşlıq çərçivəsində yeni infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur.
 
 
 
 
 
 
 
 
 
Keçidlər