Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda şəhid məzarları ziyarət edilib-2026

18 iyun 2026 | 19:36
 
Doğma Vətən torpağı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini daim uca tutmaq, adlarını əbədiləşdirmək hər birimizin vətəndaşlıq borcudur. Şəhidlərimizin xatirəsi Qusar rayonunda da hər zaman əziz tutulur. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailələrinə, müharibə iştirakçıları və qazilərimizə daim diqqət və qayğı göstərilir.
İyunun 17-də Qusar şəhərində şəhid Şahin Şirvan oğlu Kamilovun məzarı, iyunun 18-də rayonun Köhnə Xudat Qazmalar kəndində şəhid Ayaz Ravil oğlu Həmidovun məzarı ziyarət edilib. Məzarların üzərinə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Azərbaycan Ordusunun əsgəri olmuş Şahin Şirvan oğlu Kamilov 17 iyun 1999-cu il tarixində döyüş təminatı ilə bağlı tapşırığı icra edərkən şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Ordusunun əsgəri olmuş Ayaz Ravil oğlu Həmidov 18 iyun 2018-ci il tarixində döyüş təminatı ilə bağlı tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Qusar rayonunda şəhid ailələrinə dövlət qayğısı diqqət mərkəzində saxlanılır. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Qusar rayonunda mütəmadi olaraq maarifləndirici tədbirlər, təhsil müəssisələrində müharibə iştirakçıları, qazilərlə təhsilalanların görüşləri keçirilir.
Keçidlər