Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda şəhid məzarları ziyarət edilib-31.10.2025

31 oktyabr 2025 | 20:05

Oktyabrın 31-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə birlikdə rayonun Əniq, Suvacal, Çiləgir, Qayakənd kəndlərində və Qusar şəhərində şəhid məzarlarını ziyarət edib.
Şəhidlərin ailə üzvləri və sakinlərin də iştirakı ilə baş tutan ziyarətlər zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
İcra başçısı şəhid ailələrinin üzvləri və sakinlərlə həmsöhbət olub, onların məişət şəraiti, gündəlik qayğıları və mövcud problemləri ilə yaxından maraqlanıb, vətəndaşların müraciətləri ilə bağlı müvafiq tapşırıq və göstərişlərini verib.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasətinin, Ordumuzun qətiyyəti və xalqımızın birliyinin parlaq təcəssümü olduğunu vurğulayan rayon rəhbəri bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Rayon rəhbəri şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinin dövlətimizin, ölkə rəhbərliyinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, cənab İlham Əliyevə, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər