Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda şəhid məzarları ziyarət edilib

22 oktyabr 2025 | 19:11
Oktyabrın 22-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Hil, Cibir, Piral, Yuxarı Zeyxur, Quxuroba, Hiloba kəndlərində Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət etmişdir.
Ziyarətdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhid ailələri və kənd ictimaiyyəti iştirak etmişlər.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi minnətdarlıqla anılıb, ruhlarına dualar oxunub.
İcra başçısı Sahir Məmmədxanov şəhid ailələrinin üzvləri ilə görüşüb. Onların sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanıb.
Keçidlər