Qusar rayonunda silsilə idman tədbirləri keçirilmişdir
10 dekabr 2025 | 18:52
Qusar rayonunda gənclərin hərtərəfli inkişafı, onların fiziki hazırlığının və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qusar Olimpiya İdman Kompleksində ardıcıl olaraq dekabrın 5-də Poliqon hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi və dekabrın 7-də üzgüçülük idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Poliqon hərbi-vətənpərvərlik düşərgəsinin keçirilməsində məqsəd gənclərdə hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, sağlam həyat tərzinin, şanlı Zəfər tarixinin təbliğ edilməsidir.
Dekabrın 7-də Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə Gənclər və İdman sektorunun və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə Qusar rayon birinciliyi keçirilmişdir. Yarışda iştirakçılar 50 metr məsafəni sərbəst üsulla qət edərək öz nəticələrini nümayiş etdirmiş, qalib gələn idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşdur.






