Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda suvarma sistemlərinin mövcud vəziyyəti və su birliklərinin fəaliyyəti müzakirə edilib

29 iyul 2025 | 19:11
Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm dövlət proqramları icra olunmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq regionlarda meliorasiya və irriqasiya sistemlərinin yenilənməsi, su ehtiyatlarından səmərəli istifadə edilməsi, əkin sahələrinin su təminatının yaxşılaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Bu baxımdan, Qusar rayonu ərazisində kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinin və fermerlərin suvarma suyu ilə təminatı daim diqqət mərkəzində saxlanılır.
İyulun 26-da Qusar Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən su birliklərinin fəaliyyəti ilə bağlı geniş tərkibdə iclas keçirilib. Tədbirdə rayon icra nümayəndələri, bələdiyyə sədrləri, Qusar Suvarma Sistemləri İdarəsinin rəhbər şəxsləri iştirak ediblər.
İclasda rayon ərazisində su birliklərinin fəaliyyəti, suvarma sistemlərinin ümumi vəziyyəti, mövcud problemlər, əkin sahələrinin su ilə təminatı, həmçinin suvarma suyuna olan real tələbatın ödənilməsi istiqamətində görülən tədbirlər ətraflı şəkildə müzakirə olunub.
Qeyd olunub ki, su ehtiyatlarının idarə olunmasında koordinasiyalı işin təşkili, texniki imkanların genişləndirilməsi, kənd təsərrüfatı ərazilərinə suyun fasiləsiz çatdırılması kənd təsərrüfatının dayanıqlığını təmin edən əsas amillərdəndir.
Vəziyyətin dəyərləndirilməsi nəticəsində ümumi qənaət bu olub ki, rayonda suvarma sahəsində mövcud vəziyyət tam qənaətbəxş deyil və cari problemlərin aradan qaldırılması üçün vahid və sistemli yanaşmaya, su birliklərinin fəaliyyətinin təkmilləşdirilməsinə və maddi-texniki bazanın gücləndirilməsinə ehtiyac vardır.
Keçidlər