Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilmişdir

12 dekabr 2025 | 16:35
Dekabrın 10-da Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusar rayonunda “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Komitənin Regionlarla iş şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamran Sədullayev Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin inkişafında əvəzsiz xidmətlərindən bəhs edərək, bu sahədə Ulu Öndərin siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla davam etdirildiyini, multikultural və tolerant mühitin inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirildiyini diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisidir. O, milli-mənəvi dəyərlərimizi xalqımızın yalnız milli varlığının deyil, həm də siyasi kimliyimizin vacib atributu kimi qiymətləndirirdi. Heydər Əliyev hər zaman mənsub olduğu xalqın tarixi keçmişinə, zəngin mənəvi irsinə və milli dəyərlər sisteminə dərindən bağlı olmuşdur. Heydər Əliyev şəxsiyyətinin bu anlayışla ayrılmaz sürətdə bağlı olduğunu diqqətə çatdıran çıxışçılar qeyd etmişdir ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq bu gün də hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Keçidlər