Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Vətən müharibəsi qəhrəmanlarının xatirəsi yad edilmişdir - 12.10.2026

12 oktyabr 2026 | 19:04
Azərbaycan xalqının müasir tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş 44 günlük Vətən müharibəsi lider-ordu-xalq birliyini, xalqımızın mübarizə ruhunu bütün dünyaya nümayiş etdirmişdir.
Oktyabrın 12-də 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış igid Vətən oğulları – şəhid Kərim Tərlan oğlu Hüseynovun və şəhid Murad Əzizulla oğlu Məmmədovun anım mərasimləri keçirilmişdir. Rayonun Piral və İmamqulukənd kəndlərində şəhidlərin məzarları ziyarət edilmiş, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilmişdir.
Şəhid Hüseynov Kərim Tərlan oğlu 1989-cu ilin dekabrın 30-da Qusar rayonunun Piral kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun giziri olmuş Kərim Hüseynov Vətən müharibəsində savaşmış, oktyabrın 11-də şəhid olmuşdur. Şəhid oktyabın 12-də rayonun Piral kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kərim Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “ Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Məmmədov Murad Əzizulla oğlu 1995-ci ilin martın 31-də Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Murad Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, oktyabrın 11-də şəhid olmuş, oktyabrın 12-də Qusar rayonunun İmamqulukənd kəndində dəfn olunmuşdur.
Vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Murad Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər