Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda vətəndaşlara hüquqi yardım xidməti göstərilib

18 iyul 2025 | 12:53
 
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində hüquqi xidmətlərin bölgələrdə əlçatanlığının təmin olunması istiqamətində fəaliyyət davam etdirilir.
Layihənin əsas məqsədi Vətən müharibəsindən zərər çəkmiş şəxslərin, şəhid ailələrinin, qazilərin, məcburi köçkünlərin, əlilliyi olan şəxslərin, işsiz və işaxtaranların, ümumilikdə hüquqi yardıma ehtiyacı olan aztəminatlı və həssas əhali qruplarının hüquqi biliklərini artırmaq, onların dövlət qurumlarına müraciət imkanlarını genişləndirmək, mövcud hüquqi problemlərinin həllinə dəstək verməkdir.
Bu məqsədlə İctimai Birlik tərəfindən 17 iyul 2025-ci il tarixində Qusar rayonunda vətəndaşlara pulsuz hüquqi konsultasiya xidməti göstərilib. Hüquqi yardım xidməti Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov tərəfindən aparılıb.
Qəbul zamanı vətəndaşlara Birinci Qarabağ müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi, ərizə və şikayətlərin düzgün tərtibi, aliment və ailə münasibətləri ilə bağlı hüquqi məsələlər, məhkəmə qərarlarının icrası və mediasiya qurumlarına müraciətlərin tərtibi ilə bağlı köməklik göstərilib.
Tez hazırlana bilən sənədlər yerindəcə tərtib edilərək vətəndaşlara təqdim olunub. Əlavə araşdırma tələb edən müraciətlərin isə sonradan hazırlanaraq aidiyyəti üzrə vətəndaşlara təqdim ediləcəyi və ya müvafiq dövlət orqanlarına yönəldiləcəyi bildirilib.
Keçidlər