Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilmişdir

17 dekabr 2025 | 18:18
Dekabrın 17-də Qusar şəhər 6 saylı tam orta məktəbində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov və digər natiqlər ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliğinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulamış, xalqımızın tarixi köklərə söykənən mənəvi irsinin milli birliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd etmişlər. Bildirilmişdir ki, tolerantlıq, multikulturalizm, qarşılıqlı hörmət və vətənpərvərlik kimi dəyərlər Azərbaycan cəmiyyətinin dayanıqlılığını təmin edən əsas amillərdəndir.
Tədbirdə həmçinin gənc nəslin sağlam mənəvi mühitdə formalaşmasının vacibliyi, dini radikalizmə və yad ideologiyalara qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti xüsusi diqqətə çatdırılmışdır. Natiqlər məktəblərdə bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsinin zəruriliyini vurğulamış, belə tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasına mühüm töhfə verdiyini qeyd etmişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Keçidlər