Qusar rayonunda yay mövsümünün yekun "Nəğməli Görüşlər" konsert proqramı keçirilib
01 sentyabr 2025 | 18:20
30 avqust 2025-ci il tarixində Qusar şəhər Mahmud Əbilov adına Mərkəzi Meydanda yay mövsümünün növbəti mədəniyyət tədbiri – “Nəğməli görüşlər” adlı yekun konsert proqramı keçirilib. Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan konsert proqramında İmamqulukənd və Aşağı Ləgər kənd Sənətkarlıq evlərinin, Çiləgir və Yuxarı Zeyxur kənd Folklor klublarının musiqi kollektivləri iştirak ediblər.
Konsertdə peşəkar musiqiçilərin ifasında rəngarəng mahnılar səslənib, milli rəqs qruplarının çıxışları nümayiş etdirilib. Yay ayları ərzində hər həftənin şənbə günü ənənəvi olaraq təşkil olunan bu musiqili görüşlər tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanaraq mövsümün yadda qalan mədəni hadisəsinə çevrilib.






