Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda yazlıq və çoxillik əkin sahələrinin monitorinqləri davam etdirilir

03 avqust 2026 | 18:29
 
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yazlıq və çoxillik əkin sahələrində monitorinqlər davam etdirilir. Monitorinqlərin aparılmasında əsas məqsəd əkin sahələri ilə bağlı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilmiş məlumatların yerində yoxlanılması, əkinlərin faktiki vəziyyətinin dəqiqləşdirilməsi, dövlət dəstəyi tədbirlərinin düzgün və şəffaf şəkildə həyata keçirilməsinin təmin edilməsi, eləcə də kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın dəqiqliyinin artırılmasıdır.
Monitorinqlər zamanı əkin sahələrinin ölçüsü, becərilən bitki növləri, əkinlərin faktiki mövcudluğu və digər zəruri göstəricilər yerində araşdırılır, mövcud vəziyyət sistemdə qeyd olunan məlumatlarla müqayisə edilir.
Aparılmış yoxlamaların nəticələrinə uyğun olaraq müvafiq akt və protokollar tərtib edilir, əldə olunmuş məlumatların aidiyyəti üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsi təmin olunur.
Keçidlər