Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Yeni il ərəfəsində şəhid ailələri ilə görüş keçirildi

27 dekabr 2023 | 17:57

Qusar Rayon İcra Hakimiyyətində 31 dekabr Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri də dəvət olunmuşdu. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov görüşdə çıxış edərək ilk öncə bayram münasibəti ilə şəhid ailələrini təbrik etdi, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən söz açaraq zəfərlə başa çatan müharibədə vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışmışdır. Görüş zamanı şəhid ailələri və qazilər onları narahat edən sosial problemlərdən söz açılmış, onların həlli ilə bağlı xahişlərini ifadə etmişdir. RİH başçısı Şair Alxasov bu kateqoriyadan olan insanların mənzilə olan tələbatının ödənilməsi istiqamətində aparılan işlərdən danışmış, şəhid ailələri və qazilərin qaldırdıqları işıq, qaz, su təchizatı, əkin sahəsi ilə bağlı məsələlərin həlli ilə əlaqədar aidiyyatı şəxslərə tapşırıqlarını vermişdir. RİH başçısı belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirmiş, onları narahat edən məsələlərin daim diqqətdə saxlanacağını vurğulamışdır. Şəhid valideyinləri şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdən sonra rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə bayram sovqatı verilmişdir.

Keçidlər