Qusar rayonunda Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir
05 noyabr 2026 | 08:32
Noyabrın 4-də Qusar rayonunda 8 Noyabr - Zəfər Günü ərəfəsində Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon ağacəkmə aksiyası təşkil edilmişdir.
Aksiya çərçivəsində Qusar şəhəri ərazisində 50 ədəd həmişəyaşıl Eldar şamı, kəndlərarası avtomobil yollarının kənarlarında yerli iqlimə uyğun digər meyvə və meşə ağac növlərindən olan tinglər olmaqla, ümumilikdə 3800 ağac tingi əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara zəruri aqrotexniki qulluq göstərilmişdir. Aksiyada Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri və müəssisə və təşkilatların kollektivlərindən 500 nəfər şəxs iştirak etmişdir.
Ağacəkmə aksiyası ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədi daşıyır.






