Qusar rayonunda "Zəfər Günü"nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
11 noyabr 2025 | 10:22
8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzində, “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Qələbə kuboku” uğrunda region birinciliyi keçirilmişdir.
Region birinciliyi komandaların maraqlı və gərgin mübarizəsi şəraitində keçmiş, 5 komanda arasında Quba rayonunu təmsil edən komanda I yerə, Şabran rayonunu təmsil edən komanda II yerə, Qusar rayonunu təmsil edən komanda III yerə layiq görülmüşdür.
Qaliblər təşkilatçılar tərəfindən diplomlar və kubok ilə təltif edilmişdir.
8, 9 noyabr tarixlərində Qusar Olimpiya İdman Kompleksində Qusar Rayon İcra Hakimiyyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektoru, Azərbaycan Güləş Federasiyası və Qusar Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə veteranlar arasında Şimal regionunun ilk Dünya çempionu Şəkərxan Əlismanovun şərəfinə həsr olunmuş şəhərlərarası turnir keçirilmişdir.
Turnirdə 16 komanda arasında seçilmiş qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunmuşlar.
8 Noyabr - Zəfər Günü münasibətilə Qusar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində də cüdo üzrə məktəb birinciliyi təşkil olunmuşdur. 2012-2014-cü il təvəllüdlü idmançıların iştirakı ilə baş tutmuş birincilikdə qaliblər diplom və medallarla təltif olunmuşlar.






