Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Aşağı İmamqulukənd kəndində səyyar qəbul keçirilmişdir

19 may 2023 | 16:04

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Aşağı İmamqulukənd kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri Quxuroba-Şirvanlı avtomobil yolunun yenidən qurulması, kəndin ərazisindən keçən torpaq əsaslı suvarma arxına beton örtüyünün çəkilməsi, kənd məktəbinin yeni kompüterlərlə təmin olunması və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər